İran və Pakistan gərginliyin qarşısını almaq yollarını müzakirə edəcəklər

İran və Pakistan gərginliyin qarşısını almaq yollarını müzakirə edəcəklər

Hazırda oxunan: İran və Pakistan gərginliyin qarşısını almaq yollarını müzakirə edəcəklər

241556

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Pakistana səfəri gələcəkdə onlar arasında hərbi gərginliyin qarşısını almaq üçün yol və vasitələri müzakirə etməyə imkan verəcək.
 

Sfera.az xəbər verir ki, bu barədə “Express Tribune” qəzeti mənbələrə istinadən yazıb.
 

Bundan əvvəl Pakistan və İranın xarici işlər nazirləri Cəlil Abbas Cilani və Hüseyn Əmir Abdullahian yanvarın 26-dək ölkələrin səfirlərinin öz vəzifələrinə qayıtması barədə razılığa gəliblər. Tərəflər həmçinin qərara gəliblər ki, İran Xarici İşlər Nazirliyinin rəhbəri İslamabadın dəvəti ilə yanvarın 29-da Pakistana səfər edəcək.
 

Mənbələrdən biri bildirib ki, ölkələr arasında münasibətlərin bərpası üçün vaxt lazımdır.
 

Xatırladaq ki, yanvarın 18-də Pakistan Xarici İşlər Nazirliyi İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına silsilə hücumlar təşkil etdiyini açıqlayıb.

 

Xarici İşlər Nazirliyi qeyd edib ki, əməliyyatın hədəfi İran daxilində idarə olunmayan ərazilərdə özlərini “sarmaçar” adlandıran Pakistan əsilli terrorçulardır. Eyni zamanda, Xarici İşlər Nazirliyi Pakistanın İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini və zərbələrin yeganə məqsədinin Pakistanın öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək olduğunu bildirib.
 

Ötən cümə günü Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıb.



Əzizə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO