Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ölkənin yeni hökumətinin tərkibini açıqlayıb və onu "dəyişikliklər hökuməti" adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Əş-Şaraa vurğulayıb ki, yeni hökumətin prioritetləri korrupsiyaya qarşı mübarizə, ordunun inkişafı və iqtisadiyyatın gücləndirilməsi olacaq.
Telekanalın məlumatına görə, xarici işlər naziri Əsəd əş-Şeybani və müdafiə naziri Mirhaf Əbu Qusra öz postlarını qoruyublar. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Ənəs Xəttab daxili işlər naziri təyin edilib.
Əmək və sosial məsələlər naziri Hind Kabavat isə yeni hökumətdə yeganə qadın olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:30 / 30.03.2025
Suriyada yeni hökumət: Qadın nazir təyin edildi
Hazırda oxunan: Suriyada yeni hökumət: Qadın nazir təyin edildi
Hazırda oxunan: Suriyada yeni hökumət: Qadın nazir təyin edildi
241545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.