Qazaxıstanın cənubunda daha bir zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.
"Martın 28-i yerli vaxtla saat 15:56-da 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub", - məlumatda qeyd edilib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, zəlzələnin episentri Qırğızıstan ərazisində yerləşir.
İtki və dağıntılar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, Qazaxıstan bundan əvvəl zəlzələ martın 27-dən 28-nə keçən gecə baş verib.
Bizim.Media