Oteldəki yanğına görə 5 nəfər SAXLANILDI - FOTO

Oteldəki yanğına görə 5 nəfər SAXLANILDI - FOTO

Hazırda oxunan: Oteldəki yanğına görə 5 nəfər SAXLANILDI - FOTO

241323

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda oteldə baş verən yanğına görə 5 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan biri hoteli idarə edən şirkətin meneceridir.

Qeyd edək ki, yanğın zamanı 24-cü Pekin Qış Olimpiya Oyunlarında Türkiyəni təmsil edən xizəkçi Berkin Usta və atası həlak olub.
 

Xizəkçinin anası Fikriye Usta isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Xatırladaq ki, yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda “Grand Kartal” hotelində də yanğın baş verib. Yanğında ümumilikdə 78 nəfər həlak olub. Baş verən faciədən sonra Türkiyə hotellərində yoxlamalar aparılmağa başlanılıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO