Ukrayna rolunu dəyişəcək: ABŞ-a qarşı müharibəyə BAŞLAYIR

Ukrayna rolunu dəyişəcək: ABŞ-a qarşı müharibəyə BAŞLAYIR

Hazırda oxunan: Ukrayna rolunu dəyişəcək: ABŞ-a qarşı müharibəyə BAŞLAYIR

241031

“Avropalı bürokratların planlarına görə, Ukrayna antiamerika təbliğatının forpostuna çevrilməlidir. Onun da əsas məqsədi Moskva ilə Vaşinqton arasında istənilən sövdələşmə və razılaşmaları pozmaq olacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı ekspert Mixail Xazin bildirib.

Onun sözlərinə görə, tezliklə Ukraynanın qalan hissəsi əsas rolunu dəyişə bilər.

“Brüssel çox yaxın gələcəkdə Ukraynaya pul köçürməyə başlayacaq. Kiyev Avropa İttifaqının (Aİ) ABŞ-a qarşı informasiya müharibəsinin əsl mərkəzinə çevrilməlidir. Avropa hakimiyyəti artıq nəhayət başa düşüb ki, Ukraynanın qalıqları döyüş meydanında Rusiyaya sarsıdıcı strateji məğlubiyyət verməyə qadir hərbi qüvvə kimi xidmətini davam etdirə bilməz. Ona görə də Kiyevə yeni rol vermək istəyirlər”, - deyə Xazin izah edib.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO