BMT Ər-Riyad razılaşmalarını alqışladı

BMT Ər-Riyad razılaşmalarını alqışladı

Hazırda oxunan: BMT Ər-Riyad razılaşmalarını alqışladı

241007

BMT baş katibinin nümayəndəsi Stefan Carrik Səudiyyə Ərəbistanında keçirilən görüşlərdən sonra Vaşinqtonun Rusiya və Ukrayna tərəfləri ilə əldə etdiyi razılaşmaları müsbət qiymətləndirib.

Bizim.Media xəbər verir ki, məlumatı BMT rəsmisi brifinqdə açıqlayıb.

O deyib: "Biz açıq şəkildə alqışladığımız iki bəyanat gördük. Bu məsələlər, xüsusən də Qara dənizdə naviqasiya azadlığı. BMT-nin baş katibi və onun komandası praktiki olaraq münaqişənin əvvəlindən onlar haqqında danışır".

Carrik qeyd edib ki, Ər-Riyadda keçirilən danışıqlarda BMT təmsil olunmayıb. Bir jurnalistin təşkilatın Ukrayna münaqişəsinin nizamlanmasına dair razılaşmada hər hansı rol oynayıb-oynamayacağı ilə bağlı sualına o, deyib ki, bu barədə danışmaq hələ tezdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO