Qayalıqda meyiti tapılan qadının kimliyi 60 il sonra BƏLLİ OLDU – FOTO

Qayalıqda meyiti tapılan qadının kimliyi 60 il sonra BƏLLİ OLDU – FOTO

Hazırda oxunan: Qayalıqda meyiti tapılan qadının kimliyi 60 il sonra BƏLLİ OLDU – FOTO

240931

ABŞ-da qayalıq ərazidə tapılan qadının kimliyi 60 ilə yaxın müddətdən sonra bəlli olub.

Bizim.Media "Hürriyet" -ə istinadən xəbər verir ki, 1966-cı ildə ABŞ-ın Kaliforniya ştatının Tiburon bölgəsində qayalıqda meyiti tapılan "Marin County Jane Doe" kimi tanınan qadının kimliyi DNT texnologiyası ilə müəyyən edilib.

Qadının Tasmaniyadan olan Doroti Jean Vaillancourt olduğu müəyyən edilib.

Yerli Şerif Ofisinin sözçüsü Adam Şermerhorn bildirib ki, 20 il əvvəl bu texnologiya mövcud deyildi:

"Genetik məlumat bazaları sayəsində biz indi üstü açılmamış hadisələri çözə bilirik".

İstintaq rəsmiləri illərdir naməlum hadisələr üzərində işlədiklərini və bu cür texnoloji inkişafların itkin düşənlərin ailələri üçün cavab tapmaqda mühüm rol oynadığını vurğulayıblar.


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO