ABŞ-da müavinət SKANDALI – 7 milyon insan ölmüş ELAN EDİLDİ – FOTO

ABŞ-da müavinət SKANDALI – 7 milyon insan ölmüş ELAN EDİLDİ – FOTO

Hazırda oxunan: ABŞ-da müavinət SKANDALI – 7 milyon insan ölmüş ELAN EDİLDİ – FOTO

240903

ABŞ-da Hökumətin Effektivliyi Departamenti (DOGE) Sosial Təminat Xidmətinin bazasında adı olan 120 yaşdan yuxarı 7 milyona yaxın amerikalının ölmüş elan olunduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə DOGE-nin “X” hesabında məlumat verilib.

Departamentin məlumatına görə, məlumatların təmizlənməsi üç həftə ərzində tamamlanıb.

Hazırda təxminən yeddi milyon şəxsin Sosial Müdafiə nömrəsi etibarsızdır.

Bundan əlavə, qeyd olunub ki, hazırda hələ də sağ kimi qeydiyyatda olan, lakin əslində ölmüş beş milyona yaxın amerikalı var.

Xatırladaq ki, daha əvvəl ABŞ-da 120-dən 199 yaşa qədər təxminən 9 milyon insanın sosial müavinət aldığı üzə çıxmışdı. Bundan əlavə, Sosial Təminat Xidmətinin bazasında yaşı 200, hətta 300-dən yuxarı göstərilən şəxslərin olduğu da məlum olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO