İsrail HƏMAS siyasi büro üzvünün öldürüldüyünü təsdiqlədi

İsrail HƏMAS siyasi büro üzvünün öldürüldüyünü təsdiqlədi

Hazırda oxunan: İsrail HƏMAS siyasi büro üzvünün öldürüldüyünü təsdiqlədi

240699

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda yerləşən Xan-Yunis şəhəri yaxınlığında həyata keçirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın siyasi bürosunun üzvü Salah əl-Bardavili zərərsizləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Salah əl-Bardavi HƏMAS-ın planlaşdırma və inkişaf ofisinin rəhbəri olmaqla yanaşı, Fələstin Qanunverici Şurasının üzvü və HƏMAS-ın Xan-Yunis bölgəsindəki rəsmi nümayəndəsi idi.

İsrail Müdafiə Qüvvələri və İsrailin Daxili Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyat bazar günü axşam saatlarında baş tutub.

İsrail ordusu bu əməliyyatın əsas məqsədinin HƏMAS-ın yüksək səviyyəli liderlərini zərərsizləşdirmək olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO