Dünya yeni pandemiya təhlükəsi ilə ÜZ-ÜZƏ

Dünya yeni pandemiya təhlükəsi ilə ÜZ-ÜZƏ

Hazırda oxunan: Dünya yeni pandemiya təhlükəsi ilə ÜZ-ÜZƏ

240285

Buzlaqların əriməsi ilə əlaqədar olaraq dünya qarayara və bəşəriyyətə məlum olmayan digər xəstəliklərin yeni epidemiyası təhlükəsi ilə üzləşə bilər.

Bizim.Media “Forbes”ə istinadla xəbər verir ki, bu fikri Rutgers Universitetinin amerikalı təkamülçü bioloqu Skott Travers deyib.

O bildirib ki, Şimal yarımkürəsinin təxminən 15%-i üzvi maddələri, güclü istixana qazlarını və min illər boyu daha təhlükəli mikroorqanizmləri özündə saxlayan buzdan ibarət "bioloji kapsul"la örtülüb.

“Həmin təhlükələrə insanlığın heç vaxt qarşılaşmadığı bakteriya və viruslar da daxil olmaqla, uzun müddət yatmış mikroblar da daxildir. Minilliklər boyu sabit olan permafrost indi sürətlə əriyir”.

Travers qeyd edir ki, daimi donmuş Arktikanın təbii əsasıdır və əks halda çökə biləcək landşaftlara struktur sabitliyini təmin edir. Permafrost donmuş vəziyyətdə qaldıqda, onun üstündəki ekosistem gözlənildiyi kimi işləyir. Ancaq gözlənilmədən əriyəndə nəticələr fəlakətli ola bilər.

Permafrostun təsiri təkcə Arktika vəhşi təbiəti ilə məhdudlaşmır; o, həm də qlobal iqlim sistemində mühüm rol oynayır:

“Buzlaqlarda gizlənən ən narahatedici təhlükə daha mikroskopikdir və potensial ölümcüldür.

2016-cı ilin yayında Sibirin Yamal yarımadasında qəfildən sibir yarası epidemiyası baş verib və nəticədə bir neçə nəfər xəstəxanaya yerləşdirilib, 12 yaşlı oğlan həyatını itirib. Xəstəlik yerli maral populyasiyasını da məhv etdi, 2300-dən çox heyvan xəstəlikdən öldü.

Ərimə onilliklər əvvəl qarayaradan ölmüş şimal maralının cəsədini üzə çıxardı və yatmış Bacillus anthracis sporlarını yenidən ətraf mühitə buraxdı. Bununla belə, bu epidemiya yalnız gələcəkdə baş verə biləcəklərin ilk xəbərçisi idi.

Müasir xəstəliklərindən fərqli olaraq, qədim dövrlərdə bəzi heyvan mənşəli xəstəliklərin qalıqları da mövcuddur. Hansı ki, həmin xəstəliklərə qarşı immunitet olmadığı üçün onlar bütün ekosistemi belə məhv edə bilərlər”.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO