Çin müharibəyə HAZIRLAŞIR?

Çin müharibəyə HAZIRLAŞIR?

Hazırda oxunan: Çin müharibəyə HAZIRLAŞIR?

240274

Amerika kəşfiyyatı Çin peyklərinin ABŞ üçün təhlükəsi barədə məlumat yayıb..

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin kəşfiyyat xidmətinin yeni hesabatında deyilir.

“Çin gələcək qarşıdurmada Amerika peyklərini məhv etmək qabiliyyətini əldə etməyə çalışaraq kosmosda hərbi imkanlarını sürətlə genişləndirir. Çinin təkmilləşən kosmik imkanları, onun artan uzaqmənzilli dəqiq silah arsenalı ilə birlikdə PLA (Çin Xalq Azadlıq Ordusu ) ABŞ və müttəfiq qüvvələrə qarşı dəqiq zərbələr endirməyə imkan verir", - hesabatda qeyd edilir.

Kəşfiyyat xidməti xatırladıb ki, 2024-cü ilin dekabrında həm mülki, həm də hərbi kosmos fəaliyyəti ilə məşğul olan Çin ordusu yeni uzaqdan zondlama peykini orbitə çıxarıb:

“Bu peyk Çinə Sakit okean regionunda ABŞ və müttəfiq qüvvələrini davamlı olaraq izləməyə imkan verə bilər”.

Pentaqon ekspertləri ABŞ-nin öz imkanlarını sürətlə genişləndirən Çinlə yeni kosmik yarışda uduzacağını ehtimal edirlər.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO