Trampdan İrana ÇAĞIRIŞ: “Husilərə yardımı dərhal dayandırın”

Trampdan İrana ÇAĞIRIŞ: “Husilərə yardımı dərhal dayandırın”

Hazırda oxunan: Trampdan İrana ÇAĞIRIŞ: “Husilərə yardımı dərhal dayandırın”

240188

“İran husilərə yardım göndərməyi dərhal dayandırmalıdır, onsuz da onlar məhv ediləcək”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “TruthSocial” hesabında yazıb.
 

"Xəbərlər var ki, İran hərbi texnikanın tədarük intensivliyini və husilərə ümumi dəstəyi azaltsa da, hələ də onlara xeyli miqdarda təchizat göndərir. İran bu təchizatları göndərməyi dərhal dayandırmalıdır!


Qoy husilər təkbaşına vuruşsunlar. İstənilən halda itirəcəklər, amma bu yolla daha tez itirəcəklər.

Husi barbarlarına böyük ziyan dəyib və vəziyyətin onlar üçün necə pisləşəcəyini hər kəs görəcək. Bunu hətta ədalətli mübarizə adlandırmaq olmaz və heç vaxt olmayacaq. Onlar tamamilə məhv olacaqlar!” - Tramp yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO