İDDİA: Kennedi Sovet hökumətinin maliyyəsi ilə qətlə yetirilib?

İDDİA: Kennedi Sovet hökumətinin maliyyəsi ilə qətlə yetirilib?

Hazırda oxunan: İDDİA: Kennedi Sovet hökumətinin maliyyəsi ilə qətlə yetirilib?

240059

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Avstraliya kəşfiyyat orqanları prezident Con Kennediyə (1961-1963) sui-qəsd cəhdinin hazırlanmasında SSRİ-nin mümkün rolundan bəhs edən sənədin məxfiliyinin açılmasının qarşısını almağa çalışıblar.

Bizim.Media xəbər verir ki, sənədlər milli arxivin saytında yerləşdirilib.

Sözügedən sənəddə deyilir ki, Kennedinin öldürülməsindən bir neçə gün sonra Avstraliyanın Kanberra şəhərindəki Amerika səfirliyinə anonim zəng edilib.
 

Zəng edən şəxs özünü SSRİ səfirliyindən polşalı sürücü kimi təqdim edib. O, “prezidentə sui-qəsd cəhdini Sovet hökumətinin maliyyələşdirdiyini”, cinayətə görə 100 min dollar mükafat təklif edildiyini iddia edib.


Sənədi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Riçard Helms Komissiyanın vəkili Warren Lee Rankinə göndərib. O, həmçinin 1962-ci ildəki oxşar anonim zəngdən bəhs edib, onun təfərrüatları yalnız Kennedi faciəsindən sonra ortaya çıxıb. Avstraliya səlahiyyətliləri zəng edən şəxsi “zehni cəhətdən qeyri-sabit” adlandırıb və onun şəxsiyyətini müəyyənləşdirə bilməyib. Buna baxmayaraq, MKİ və Avstraliya 1968-ci ildə sənədin nəşrinə qarşı çıxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO