Filip Kirkorovun erməni separatçılarına dəstək olan atası ÖLDÜ - FOTO

Filip Kirkorovun erməni separatçılarına dəstək olan atası ÖLDÜ - FOTO

Hazırda oxunan: Filip Kirkorovun erməni separatçılarına dəstək olan atası ÖLDÜ - FOTO

239980

Məşhur rusiyalı müğənni Filipp Kirkorovun atası - Rusiyanın Xalq artisti Bedros Kirkorov 93 yaşında vəfat edib.

Bizim.Media starhit.ru-ya istinadən xəbər verir ki, bu barədə Filipp Kirkorov özü məlumat verib.

"Mən artıq uşaq deyiləm. Bu gün, 18 mart 2025-ci il, saat 15:37-də atam, Rusiyanın Xalq artisti Bedros Kirkorov həyatdan getdi. Amma ürəyimdən heç vaxt getməyəcəksən. Doğmalarınızla keçirdiyiniz hər anın qədrini bilin", - deyə Filip Kirkorov bildirib.

Xatırladaq ki, Filip Kirkorovun atası, Rusiyanın xalq artisti Bedros Kirkorov Azərbaycanın qatı düşmənidir.

O, 2-ci Qarabağ müharibəsi zamanı Rusiyada yaşayan erməni diasporu ilə birlikdə Qarabağdakı separatçılar üçün 2 milyon 600 min rubl (təqribən 33 min dollar) pul toplayıb.

Yeri gəlmişkən, 2005-ci ilin iyulunda Rusiya estradasının bir çox “ulduz”u, o cümlədən Soso Pavliaşvili, Katya Lel, Aziza və Bedros Kirkorov Xankəndi stadionunda konsert proqramı ilə çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO