Madrid "Atletiko"sunun prezidenti Enriko Sereso UEFA-nı tənqid edib.
Bizim.Media xəbər verir ki, o, COPE radiosuna müsahibəsində qurumun işindən narazı olduğunu deyib.
"Siz UEFA-nın və digər idman qurumlarının necə işlədiyini bilirsiniz. Nəticədə oyun bitdiksən sonra hər şey olduğu kimi qalır və heç kim matçı yenidən keçirmir. Bildiyim qədər də heç vaxt oyun təkrarlanmayıb. Biz öz gücümüz daxilində etiraz edir, müzakirələr aparır və bacardığımızı edirik, amma nəticə dəyişməz qalır".
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" - "Real" cavab matçında penalti seriyası zaman hakim Xulian Alvaresin topa iki dəfə toxunduğunu əsas gətirərək, qolu ləğv edib. Bundan sonra "Atletiko" UEFA-ya şikayət məktubu ünvanlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
Dünya
11:25 / 18.03.2025
“Atletiko”nun prezidentindən UEFA-ya SƏRT TƏNQİD - “Etiraz etsək də, nəticə dəyişmir”
Hazırda oxunan: “Atletiko”nun prezidentindən UEFA-ya SƏRT TƏNQİD - “Etiraz etsək də, nəticə dəyişmir”
Hazırda oxunan: “Atletiko”nun prezidentindən UEFA-ya SƏRT TƏNQİD - “Etiraz etsək də, nəticə dəyişmir”
239895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.