ABŞ-da yaşayan ən yaşlı erkək şimpanze San Fransisko zooparkında ölüb. Onun 63 yaşı olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Associated Press” agentliyi yayıb.
Kobbi adlı şimpanze 1960-cı illərdə Afrikadan San Fransisko zooparkına gətirilib. İlkin məlumatlara görə, ölümündən bir müddət əvvəl xəstələnib. Zoopark nümayəndələrinin fikrincə, şimpanzelərin ölümü qocalıqla əlaqələndirilir.
Bildirilib ki, Kobbi San Fransisko zooparkının şimpanze populyasiyasının ayrılmaz hissəsi olub.
Şimpanzelər Beynəlxalq Təbiəti Qoruma Birliyi tərəfindən nəsli kəsilməkdə olan primatlar kimi təsnif edilir. Zoopark rəhbərliyi təbiətdə yaşayan 200 minə qədər şimpanzenin orta ömür müddətinin 33 il olduğunu əlavə edib.
İnsanların nəzarəti altında olanda isə 50-60 il arasında yaşaya bilirlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:38 / 08.06.2021
Dünyanın ən yaşlı şimpanzesi Amerika zooparkında öldü
Hazırda oxunan: Dünyanın ən yaşlı şimpanzesi Amerika zooparkında öldü
Hazırda oxunan: Dünyanın ən yaşlı şimpanzesi Amerika zooparkında öldü
23961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.