İŞİD-in növbəti TERRORU: Ölənlər və yaralananlar var

İŞİD-in növbəti TERRORU: Ölənlər və yaralananlar var

Hazırda oxunan: İŞİD-in növbəti TERRORU: Ölənlər və yaralananlar var

23936

İŞİD terror təşkilatının Liviyanın cənubunda yerləşən Səbha şəhərində törətdiyi partlayış nəticəsində 2 polisin həlak olduğu, 4 nəfərin yaralandığı bildirilir.

Bizim.Media xəbər verir ki, terror aktını üzərində iki partlayıcı qurğu olan terrorçu-kamikadze törədib. Partlayış bir inzibati binanın önündəki yoxlama-keçid məntəqəsində baş verib.

İnsidentdən sonra teleqram kanalında açıqlama verən İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Sülhün dayanıqlı olmadığı və hər an yeni münaqişənin baş verə biləcəyi Liviyada keçici hökumətə dəstək verən Misir İŞİD-in terror aktını qətiyyətlə pisləyən bəyanat yayıb. Rəsmi Qahirə təxribatların və terror aktlarının qarşısını almaq üçün Tripoliyə yardım göstərməyə hazır olduğunu bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO