Türkiyədə PKK-lı terrorçu məhv edildi

Türkiyədə PKK-lı terrorçu məhv edildi

Hazırda oxunan: Türkiyədə PKK-lı terrorçu məhv edildi

23932

Türkiyənin şərqindəki Van əyalətində terrorçuluğa qarşı “Eren” əməliyyatının birinci mərhələsi çərçivəsində ölkənin Daxili İşlər Nazirliyinin xətti ilə axtarılan PKK-nın xüsusi təhlükəli terrorçusu Gökhan Demir məhv edilib.

Bizim.Media "Anadolu" agenntliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, “Aqit” kod adlı Gökhan Demir “Vəfa” xeyriyyə təşkilatının əməkdaşlarına qarşı silahlı hücumda iştirak edib.

Van əyalətinin Ozalp rayonunda 15 may 2020-ci ildə törədilən terror aktı nəticəsində təşkilatın iki əməkdaşı həlak olub, daha bir əməkdaşı yaralanıb. Terrorçu türk jandarmeriyasının xüsusi təyinatlı dəstəsi tərəfindən məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO