İngiltərənin London şəhərində məşhur "Top Secret Comedy Club" komediya klubu botoks etdirən qonaqlara qapılarını bağlamağa qərar verib. Bu qərar, komediyaçılardan gələn şikayətlərdən sonra qəbul edilib. Səhnəyə çıxan sənətçilər reaksiyasız üz ifadələri olan izləyicilərlə əlaqə qurmaqda çətinlik çəkdiklərini bildiriblər. Buna görə də klub “ifadə testli” giriş tətbiqinə başlayacaq.
Bizim.Media xəbər verir ki, "Top Secret Comedy Club" artıq 5 martdan etibarən, klubun qonaqları üçün “ifadə testi” tətbiq etməyə başlayacaq.
Bu test xüsusi təlim keçmiş qapı işçiləri tərəfindən botoks istifadəsini müəyyən etmək məqsədilə həyata keçiriləcək. Məkanın sahibi Mark Rotman komediyaçılarının üz ifadələrini görmək və izləyicilərin reaksiyalarını daha yaxşı anlamalarını istəyərək botoks edilmiş üzlər səbəbindən atmosferin enerjisinin düşdüyünü qeyd edib. O, belə qonaqların bəzilərinin estetik prosedurlara görə emosiyalarını ifadə etməkdə çətinlik çəkdiyini deyib.
“Komediyaçılarımızdan çoxlu şikayətlər almışam. Çünki onlar ifadəsiz üzlərə zarafat etməkdən bezib. Komediya qarşılıqlı əlaqə üzərində qurulur və üz ifadələri böyük rol oynayır. Biz istəyirik ki, insanlar gülsünlər, ağlasınlar, qaşlarını çatsınlar, təbəssüm etsinlər, lakin botoksdan donmuş üzlər bütün atmosferə təsir edir”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:16 / 13.03.2025
Botoks etdirənlər bu məkanlara daxil ola BİLMƏYƏCƏKLƏR – FOTO
Hazırda oxunan: Botoks etdirənlər bu məkanlara daxil ola BİLMƏYƏCƏKLƏR – FOTO
Hazırda oxunan: Botoks etdirənlər bu məkanlara daxil ola BİLMƏYƏCƏKLƏR – FOTO
239162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.