İngiltərədə yaşayan iki yaşlı Cuvan bir yaxını tərəfindən öpüldükdən sonra sol gözünü itirib.
Bizim.Media bu barədə "Haber Global"a istinadla xəbər verib.
Həkimlər hesab edirlər ki, ağzında aktiv herpes olan bir şəxs Cuvanı gözündən və ya gözünün ətrafından öpüb. Virus, uşağın gözündə yara yaranmasına və daha sonra buynuz qişasında 4 mm-lik bir dəlik açılmasına səbəb olub və infeksiyalara yol açıb.
Uşağın anası Mişel Saayman həkimdən ilk dəfə diaqnozu eşidəndə şoka düşdüyünü deyib:
"Mən yerimdə donmuşdum, həkimə baxırdım və düşünürdüm ki, görəsən, bu gün aprelin 1-dirmi? Çünki mənə elə gəlirdi ki, bu, 1 aprel zarafatıdır. Axı, herpes yarası adətən dodaqlarda və ya ağızda olur. Heç vaxt kimsənin buynuz qişasında herpes yarası əmələ gəlməsi haqqında eşitməmişəm. Öpüldüyü üçün olduğunu öyrənəndə həyat yoldaşım və mən, aktiv herpes olduğu halda körpəmin üzündən öpən şəxsə bərk qəzəbləndik".
Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, göz tamamilə funksiyasını itirib. Hazırda gözü qorumaq üçün qapaqları tikilib.
Ailə Cuvanın görmə qabiliyyətini bərpa etmək üçün sinir köçürülməsi və daha sonra buynuz qişası transplantasiyası planlaşdırır. Lakin görmə qabiliyyətinin tamamilə bərpa olunub-olunmayacağı məlum deyil.
Cuvanın müalicə xərcləri üçün ianə toplayan ailə insanlara müraciət edib.
"Körpənizi heç kimin öpməsinə icazə verməyin. Kiçik bir virus, böyük travmalara yol aça bilər", - deyə onlar valideynlərə səsləniblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:55 / 13.03.2025
İki yaşlı uşaq bir öpüşə görə gözünü itirdi – FOTO
Hazırda oxunan: İki yaşlı uşaq bir öpüşə görə gözünü itirdi – FOTO
Hazırda oxunan: İki yaşlı uşaq bir öpüşə görə gözünü itirdi – FOTO
239122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.