Milyarder Jeff Bezos 20 iyulda kosmosa uçacaq - Qardaşını da aparacaq

Milyarder Jeff Bezos 20 iyulda kosmosa uçacaq - Qardaşını da aparacaq

Hazırda oxunan: Milyarder Jeff Bezos 20 iyulda kosmosa uçacaq - Qardaşını da aparacaq

23893

Dünyanın ən varlı adamı, “Amazon”un qurucusu Jeff Bezos 20 iyulda öz şirkəti olan “Blue Origin”in “New Shepard” gəmisində qardaşı ilə kosmosa çıxacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda o, özünün İnstagram səhifəsində yazıb.

“Beş yaşımdan kosmosa səyahət etmək arzusunda idim. 20 iyulda bu səyahətə qardaşımla birlikdə gedəcəyəm. Ən yaxşı dostumla ən böyük macəra”, deyə o, qeyd edib.

Bundan əvvəl “Blue Origin” şirkəti 20 iyulda uçuşu planlaşdırılan “New Shepard” gəmisində daha bir sərnişinin uçması üçün onlayn auksiona başlayıb. 

Yeganə sərnişin oturacağının son taleyi 12 iyun tarixində müəyyən ediləcək. “Blue Origin” bəyan edib ki, hərracın qalibi Bezos qardaşları ilə birgə uçacaq.

Qeyd edək ki, “Blue Origin” şirkəti 15 sınaq uçuşu həyata keçirib. Sonuncusu aprel ayının ortalarında baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO