Türkiyədə Nevşehirin Eğrikuyu kəndində Ramazan ayında iftar süfrələri xüsusi bir ənənəyə çevrilib.
Bizim.Media xəbər verir ki, kənd muxtarının qərarı ilə artıq dörd ildir ki, iftar yeməkləri fərdi şəkildə evlərdə deyil, kollektiv şəkildə kəndin mədəniyyət evində təşkil olunur.
Bu təşəbbüs ilk dəfə pandemiya zamanı evlərə yemək çatdırılması ilə başlayıb və sonradan kəndin əsas sosial tədbirlərindən birinə çevrilib.
Hər axşam kənd sakinləri birlikdə 600-700 nəfərlik yemək hazırlayırlar. Süfrə yalnız yerli əhali üçün deyil, həm də qonaqlar üçün də açıqdır. Kənd imamı Əli Karataş bu tədbirin insanlar arasında ünsiyyəti gücləndirdiyini və daha çox insanı bir araya gətirdiyini vurğulayıb.
İftar yeməklərinin maliyyələşdirilməsi xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilir. Kəndin gəncləri könüllü şəkildə yeməklərin hazırlanmasına və süfrənin qurulmasına kömək edirlər. Bundan əlavə, yaşlı və xəstə kənd sakinləri üçün yeməklər evlərinə çatdırılır.
Kənd muxtarı Nihat Ateşin sözlərinə görə, bu ənənə insanların birliyini gücləndirir, küsülüləri barışdırır və kənd cəmiyyətində həmrəyliyi artırır. O, bu təşəbbüsü gələcəkdə daha da genişləndirmək niyyətində olduqlarını bildirib. (musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:05 / 11.03.2025
Bu kənddə iftar vaxtı evlərdə yemək bişirmək QADAĞAN EDİLDİ – FOTO
Hazırda oxunan: Bu kənddə iftar vaxtı evlərdə yemək bişirmək QADAĞAN EDİLDİ – FOTO
Hazırda oxunan: Bu kənddə iftar vaxtı evlərdə yemək bişirmək QADAĞAN EDİLDİ – FOTO
238787
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.