Cənubi Koreya Prokurorluğu məhkəmənin qərarına apellyasiya şikayəti verməməyi və bununla da Prezident Yun Sok Yolun həbsdən azad edilməsinə icazə verməyi qərara alıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, Yun Sok Yol ən qısa zamanda azad ediləcək.
Xatırladaq ki, Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib. Hərbi vəziyyətin ləğv edilməsinə isə 190 deputat səs verib. Yun Sok Yol hərbi vəziyyət rejimi ilə bağlı qərarını Şimali Koreyayönümlü qüvvələrdən müdafiə olunmaq istəyi ilə izah edib.
Dekabrın 14-də isə Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib. Bundan əlavə, Yuna qarşı dövlətə xəyanət ittihamı ilə istintaq başladılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:26 / 08.03.2025
Cənubi Koreyanın impiçment elan edilən prezidenti SƏRBƏST BURAXILDI
Hazırda oxunan: Cənubi Koreyanın impiçment elan edilən prezidenti SƏRBƏST BURAXILDI
Hazırda oxunan: Cənubi Koreyanın impiçment elan edilən prezidenti SƏRBƏST BURAXILDI
238309
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.