Solxan kəndində ölənlərin sayı 160-a çatdı – 20-si uşaqdır

Solxan kəndində ölənlərin sayı 160-a çatdı – 20-si uşaqdır

Hazırda oxunan: Solxan kəndində ölənlərin sayı 160-a çatdı – 20-si uşaqdır

23763

İyunun 5-nə keçən gecə silahlıların Burkino-Fasonun şimal-şərqində yerləşən Solxan kəndinə hücumu nəticəsində həlak olan dinc sakinlərin sayı 160-a yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə France-Press agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

“Ötən sutka biz üç qardaş məzarında 20-si uşaq olmaqla 160 nəfəri dəfn etdik”, - deyə agentliyin həmsöhbəti bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

ŞOK: Silahlılar Solxan kəndinə hücum etdi - 100 nəfər öldürüldü


Ölənlərin sayının artacağı istisna olunmur.

2015-ci ildən bəri Burkino-Fasonun həmin hissəsində silahlıların basqınları zamanı əhali arasında bu qədər böyük qırğın olmayıb. Ölkə hökuməti faciə ilə bağlı üçgünlük milli matəm elan edib.

Son üç ildə Burkino-Faso Qərbi Afrikada terror qruplaşmalarının aktivlik episentrinə çevrilib. Bu müddətdə terrorçular mindən çox dinc vətəndaşları öldürüblər, 1,5 milyondan artıq insan isə zorakılıq səbəbindən evlərini tərk etməyə məcbur olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO