Yaponiyada dünyanın ən kiçik parkı ölçüsü ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Bizim.Media xəbər verir ki, park Yaponiyanın mərkəzində, Tokiodan 110 kilometr cənub-şərqdə, Şizuoka prefekturasında yerləşən Naqaizumi kəndinin mərkəzində yerləşir.
Onun sahəsi cəmi 0,24 m²-dir. Park kərpic haşiyə, bonsai ilə işlənmiş yaşıllıq, lövhə və daş bəzəklərdən ibarətdir. Ərazinin mərkəzində dincəlmək üçün skamya da var.
Yerli sakin tərəfindən yaradılan bu parkın ərsəyə gəlməsində çox az vəsait istifadə olunub. Bu yaşıllığı yaratmaq üçün sakini Kolorado ştatının Mills End şəhərindən olan əvvəlki rekordçu ilhamlandırıb.
Mini parkın qurucusu Şuji Koyamanın izah etdiyi kimi, onun Naqaizumidən olan həmkəndlisi təsadüfən orada tətildə olarkən, əraziyə heyran olub və öz vətənində onun rekordunu yeniləmək qərarına gəlib.
Yaşıllıq bu ərazidə 1988-ci ildən fəaliyyət göstərir və yerli sakinlər tərəfindən artıq 37 ildir ki, dünyanın ən kiçik parkı adlandırılır, llakin müsabiqədə iştirak etmək üçün onlar ərazini rəsmi olaraq kadastr xəritəsində qeydiyyatdan keçirməli və ərazini ölçmək üçün sertifikatlı yerölçən dəvət etməli olublar.
2025-ci ildə bütün rəsmiləşdirmələr nəhayət tamamlanıb və park Ginnesin Rekordlar Kitabına daxil edilib.
Bizim.Media