BMT-nin insan haqları üzrə ali komissarı: “İran məcburi hicab qanununu tamamilə ləğv etməlidir”

BMT-nin insan haqları üzrə ali komissarı: “İran məcburi hicab qanununu tamamilə ləğv etməlidir”

Hazırda oxunan: BMT-nin insan haqları üzrə ali komissarı: “İran məcburi hicab qanununu tamamilə ləğv etməlidir”

237500

Bu gün Cenevrədə İnsan Haqları Şurasının iclasında BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk İranda “Hicab və İffət Qanunu” layihəsinin tamamilə və daimi olaraq ləğv edilməsini istəyib.

Bizim.Media xəbər verir ki, V. Türk müvəqqəti olaraq dayandırılmış bu qanunun qadınlara və qızlara qarşı ayrı-seçkilik yaradan qanunlar və təcrübələrlə birlikdə tamamilə aradan qaldırılmalı olduğunu qeyd edib.

O, İranı saxlanılan bütün hüquq müdafiəçilərini azad etməyə, eləcə də əsassız həbsləri dayandırmasına çağırıb.

BMT-nin insan haqları üzrə ali komissarı son bir ildə İranda edamların əhəmiyyətli dərəcə artması ilə bağlı xəbərdarlıq edərək vurğulayıb ki, “900-dən çox ölüm hökmü barədə verilən məlumat, dərin narahatlıq doğurur”. Volker Türk qeyd edib ki, İslam Respublikası edam cəzasını da dərhal dayandırmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO