“Sinovac” peyvəndi 3-17 yaş arası uşaqlarda istifadə üçün təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bunu Çinin əczaçılıq şirkəti “Sinovac Biotech”in prezidenti Veydonq Yin açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Yeniyetmələrin vaksinasiyasına başlanıla bilər
Veydonq Yin “Sinovac”ın bu ilin əvvəlində gənclər üzərində klinik sınaqlara başlandığını, birinci və ikinci mərhələlərin tamamlandığını deyib.
Klinik sınaqların ilkin nəticələrinə görə, peyvənd 3-17 yaş arası uşaqlarda immunitet yaradıb, yan təsirləri isə yüngül olub.
Bizim.Media