Dünya liderlərindən Zelenskiyə DƏSTƏK - FOTO

Dünya liderlərindən Zelenskiyə DƏSTƏK - FOTO

Hazırda oxunan: Dünya liderlərindən Zelenskiyə DƏSTƏK - FOTO

237083

Ağ Evdə ABŞ lideri Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən gərgin mübahisəyə dünya liderləri də səssiz qalmayıb.

Bizim.Media xəbər verir ki, əksər ölkələrin rəsmiləri Zelenskiyə dəstək paylaşımları ediblər.

İlk növbədə Polşanın Baş naziri Donald Tusk özünün “X” hesabında paylaşım edib: “Hörmətli Zelenski, əziz ukraynalı dostlar, bilin ki, siz tək deyilsiniz”.



Qeyd edək ki, Tusk Ukrayna prezidentini dəstəkləyən ilk Qərb lideridir.

Kaliforniyadan olan senator Adam Şiff: “Bu gün oval kabinetdə bir qəhrəman və bir qorxağın danışıqları aparıldı. Görüş başa çatdıqdan sonra isə qəhrəman Ukraynaya geri qayıdır”.



Fransa Prezidenti Emmanuel Makron da Ağ Evdə baş verənlərə səssiz qalmayıb: “Rusiya təcavüzkardır, Ukrayna isə qurbandır”.



İspaniyanın Baş naziri Pedro Sançes də Zelenskiyə dəstəyini ifadə edib: "Ukrayna, İspaniya sizinlədir".



Həmçinin Almaniyanın gələcək kansleri Fridrix Mertzin Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) partiyası da baş verənlərlə bağlı bəyanat yayıb:

“Ağ Evdəki səhnələr şok edicidir. İşğal olunmuş bir ölkənin prezidentinə necə xəyanət etmək olar? Azad Avropa Ukraynadan əl çəkməyəcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO