Polşa hərbi personalını sülhməramlı kontingentin tərkibində Ukraynaya GÖNDƏRMƏYƏCƏK

Polşa hərbi personalını sülhməramlı kontingentin tərkibində Ukraynaya GÖNDƏRMƏYƏCƏK

Hazırda oxunan: Polşa hərbi personalını sülhməramlı kontingentin tərkibində Ukraynaya GÖNDƏRMƏYƏCƏK

237051

“Münaqişə həll olunsa və Ukrayna tərəfi sülhməramlı missiya tələb etsə belə, Polşa öz hərbi personalını sülhməramlı kontingentin tərkibində Ukraynaya göndərməyəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Şikorski Yaponiya ictimai televiziyasına müsahibəsində bildirib.

"Bizim üçün ən vacib vəzifə Rusiya və Belarusla sərhədləri qorumaqdır", - Şikorski qeyd edib.

Nazir bildirib ki, eyni zamanda, Varşava münaqişə həll edildikdən sonra Ukraynaya sülhməramlı kontingent göndərmək qərarına gələn ölkələr üçün logistik dəstək bazası olaraq qalmağa hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO