Tanınmış aktyor və xanımı ölü tapıldı – FOTO

Tanınmış aktyor və xanımı ölü tapıldı – FOTO

Hazırda oxunan: Tanınmış aktyor və xanımı ölü tapıldı – FOTO

236828

Məşhur amerikalı aktyor Cin Hekmen və həyat yoldaşı Betsi Arakavanın cəsədi aşkar olunub.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 95 yaşlı aktyor və 63 yaşlı həyat yoldaşının cəsədi onların Santa-Fedəki evində tapılıb.

Məlumata görə, cütlüyün üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edilib ki, aktyorun və həyat yoldaşının ölüm səbəbi hələlik dəqiq müəyyən edilməyib.

Qeyd edək ki, Hekmen karyerası boyu 90-dan çox rol canlandırıb. O, “The French Connection”, “Mississippi Burning”, “The Quick and the Dead” filmlərindəki rolları ilə məşhurlaşıb. Hekmen, həmçinin ikiqat “Oscar” mükafatı laureatı olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO