Yaponlar TƏŞVİŞDƏ: Meşə yanğınları yaşayış massivinə keçdi - VİDEO

Yaponlar TƏŞVİŞDƏ: Meşə yanğınları yaşayış massivinə keçdi - VİDEO

Hazırda oxunan: Yaponlar TƏŞVİŞDƏ: Meşə yanğınları yaşayış massivinə keçdi - VİDEO

236799

Yaponiyanın İvate prefekturasında meşə yanğını tüğyan edir.

Bizim.Media bu barədə NHK telekanalına istinadən xəbər verir.

Yanğın fevralın 26-da Ofunato şəhərində dağlıq meşə ərazisində başlayıb.

"Hazırda alov 600 hektar əraziyə yayılıb və yaşayış massivinə keçib. 84 evə ziyan dəyib", - deyə kanaldan vurğulanıb.

Hökumət 873 ailədən ibarət 2 114 sakinə evakuasiya tövsiyəsi verib. Hazırda evakuasiya mərkəzlərində və sosial yardım məntəqələrinə 540 nəfər yerləşdirilib.

Yanğınsöndürənlər hələlik alovun yayılmasının qarşısını ala bilməyiblər. Yanğının söndürülməsində hərbi helikopterlər də iştirak edirlər.

Qeyd edək ki, fevralın 21-də bildirilib ki, İvate prefekturasında Koquro burnu ərazisindəki meşə yanğınları səbəbindən 157 nəfər evakuasiya edilib. Yanvarın 18-də isə məlumat verilmişdi ki, Yaponiyada hərbçilərin təlim atışlarından sonra başlayan yanğın ikinci gündür söndürülə bilmir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO