ŞOK: Silahlılar Solxan kəndinə hücum etdi - 100 nəfər öldürüldü

ŞOK: Silahlılar Solxan kəndinə hücum etdi - 100 nəfər öldürüldü

Hazırda oxunan: ŞOK: Silahlılar Solxan kəndinə hücum etdi - 100 nəfər öldürüldü

23665

Silahlıların Burkino-Fasonun şimal-şərqində yerləşən Solxan kəndinə hücumu nəticəsində 100-ə yaxın insan həlak olub.

Bizim.Media Reuters agentliyinə istinadla xəbər verir ki, hücum edənlər evləri və yerli bazarı yandırıblar. Hakimiyyət orqanlarının yaydığı bəyanatda silahlılar terrorçu kimi səciyyələndirilib.

Bundan əvvəl France-Press agentliyi ölkənin şimalındakı Tadaryat kəndinə silahlı basqın zamanı 14 nəfərin öldürüldüyü barədə xəbər verib.

Yerli Omega radiostansiyasının məlumatına görə, silahlılar xalq könüllü dəstələrinin postuna hücum ediblər. Sonra kəndin ərazisinə soxularaq sakinləri atəşə tutublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO