Ukraynanın Poltava şəhərində Rusiya imperatoru I Pyotrun abidəsi sökülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Poltava şəhərinin meri Yekaterina Yamşçikova “Telegram” kanalında məlumat verib.
“Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin qərarına əsasən, I Pyotrun abidəsi şəhərimizin ictimai məkanından çıxarılıb. Bu addım hökumətin dekolonizasiya siyasətinin mühüm tərkib hissəsidir”, - o bildirib.
Yamşçikovanın fikrincə, bu, “rus imperiyası işarələrindən qurtulan cəmiyyətin şüurlu və məsuliyyətli hərəkətidir”.
Daha əvvəl Poltava şəhər meriyası I Pyotrun iki abidəsinin - Poltava Döyüşü Muzeyinin ərazisində və Spasskaya kilsəsi yaxınlığındakıparkdan sökülməsi və köçürülməsi barədə razılığa gəlib.
Bizim.Media