Hindistanda dünyanın ən yaşlı insanı üzə çıxdı

Hindistanda dünyanın ən yaşlı insanı üzə çıxdı

Hazırda oxunan: Hindistanda dünyanın ən yaşlı insanı üzə çıxdı

23646

Hindistanlı həkimlər koronavirusa qarşı vaksinasiya zamanı təsadüfən dünyanın ən yaşlı qadınını aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.

Belə ki, Baramul şəhərində həkimlər evdə vaksinasiya aparanda xəstələrdən biri 124 yaşlı Rehti Bequm olub.

Təsadüf nəticəsində yaşı üzə çıxan Rehti Bequm 2018-ci ildən bəri Yer üzündə yaşayan ən yaşlı insan heab edilən yapon qadın Kane Tanakadan altı yaş böyükdür. Bundan əlavə, hindistanlı uzunömürlü 1997-ci ildə 122 yaşında vəfat edən fransalı Janna Kalmandan da yaşlıdır - o, bu günə qədər yaşamış ən yaşlı insan hesab olunur.

Həkimlərin sözlərinə görə, Rehti Bequm koronavirusa qarşı peyvənd olunub.(oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO