Faşizmin YÜKSƏLİŞİ – Avropa 90 il əvvəlki səhvini yenidən TƏKRARLAYIR...

Faşizmin YÜKSƏLİŞİ – Avropa 90 il əvvəlki səhvini yenidən TƏKRARLAYIR...

Hazırda oxunan: Faşizmin YÜKSƏLİŞİ – Avropa 90 il əvvəlki səhvini yenidən TƏKRARLAYIR...

236432

Son illər Avropa siyasətində ciddi dəyişikliklər baş verir. Onun nəticəsidir ki, Avropa ölkələrinin bir çoxunda ultrafaşist meylli qüvvələrin mövqeləri möhkəmlənməkdədir.
 

Fevralın 23-də Almaniya Bundestaqına keçirilən seçkilərdə ultrafaşist Almaniya üçün Alternativ siyasi təşkilatı ikinci yerə çıxaraq əhalinin 20 faizinin səsini alıb. Hansı ki, buna qədərki seçkilərdə həmin partiya daha aşağı səs əldə edirdi. İndi isə onlar seçkilərdə qalib olmasa da, əhəmiyyətli səs əldə ediblər.


Bir neçə il bundan əvvəl Fransada da ultrasağ Mari LePen-in partiyası parlament seçkilərində üçüncü nəticəni əldə edib. Avstriyada da ultrasağçılar güclü mövqeyə malikdirlər. Görünən odur ki, tədricən radikal sağ yönümlü partiyalar Avropanın bir sıra ölkələrində mövqelərini möhkəmləndirirlər. Vəziyyətin belə davam etməsi onu deməyə əsas verir ki, yaxın illərdə Avropada faşizm daha da yüksələcək. 

Köhnə qitədə ultra-millətçilərin güclənməsi nə vəd edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Avropada ultramillətçiliyin yüksəlməsi dünya, daha çox da Avropanın özü üçün təhlükəlidir:

“Bu gün beynəlxalq münasibətlər sistemi liberal dəyərlər, məntiq üzərində qurulub ki, o da qloballaşan dünyanın qarşılıqlı inteqrasiyasını təmin edir. Belə olan halda ultramillətçilik daha çox özünə qapanmanı və liberalizmə qarşı qütbləşməni təmin edir. Bu isə hazırkı dünyanın nə iqtisadi, nə də siyasi məntiqilə üst-üstə düşmür.

Bütün bunlara baxmayaraq köhnə qitədə radikal ideyalar addım-addım irəliləməkdədir. Almaniyada keçirilən seçkilərdə millətçilərin öz səslərini 20 faizə qədər artırması ümumavropa əhval-ruhiyyəsinin göstəricilərindən biri ola bilər”.

Deputatın fikrincə, Avropada cərəyan edən bugünkü radikalizm 2000-ci illərin əvvəllərində əsası qoyulan və xristian təəssübkeşliyinə söykənən dini-milli radikalizmin nəticəsidir:

“Bu kontekstdə dünya getdikcə daha gərgin, mürəkkəb siyasi proseslərə şahidlik edəcək və belə vəziyyət daha çox qarşıdurma platformalarının yaranmasına gətirib çıxaracaq”.

Xatırladaq ki, I Dünya Müharibəsindən sonra da Avropada radikal millətçilik sürətlə inkişaf etmişdi. Bunun nəticə ki, İtaliyada faşizm, Almaniyada isə nasizm əsas ideologiyaya çevrilmişdi. Sözügedən vəziyyət 1930-cu illərin sonlarında II Dünya Müharibəsinin başlamasına gətirib çıxardı. 6 ilə yaxın davam edən savaş 60 milyona yaxın insanın həyatına son qoydu.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO