Novosibirskdə azərbaycanlı gənci öldürən polis azadlığa buraxıldı - FOTO

Novosibirskdə azərbaycanlı gənci öldürən polis azadlığa buraxıldı - FOTO

Hazırda oxunan: Novosibirskdə azərbaycanlı gənci öldürən polis azadlığa buraxıldı - FOTO

23619

Novosibirsk vilayətində qayda pozduğu iddia edilən Vəkil Abdullaevi ölümcül yaralayan yol müfəttişinin həbsdən azad edilməsinə nail olub.

Bizim.Media “Interfax”a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Svetlana Petrenko  jurnalistlərə açıqlamasında deyib. 

“Bu gün Rusiya İstintaq Komitəsinin sədrinin Aleksandr Bastrıkin tapşırığı ilə polis əməkdaşı barəsində seçilmiş həbs-qətimkan tədbiri ərazini tərk etməmək tədbiri ilə əvəzlənib və düzgün davranış kimi qiymətləndirilib”, - deyə o bildirib.

Bundan əvvəl o qeyd edib ki, A.Bastrıkin V.Abdullayevi tapança ilə ölümcül yaralayan yol müfəttişinə qarşı iş açmış İstintaq Komitəsinin Novosibirsk vilayəti üzrə İstintaq İdarəsinin əməkdaşları barədə araşdırma başladılmasına təşəbbüs edib.

Petrenko onu da diqqətə çatdırıb ki, məsələ ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318, 319-cu maddələri (dövlət məmuruna qarşı zor tətbiq etmə; dövlət məmurunu təhqir etmə) maddələri ilə cinayət işi başladılıb.

“Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb” - deyə vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO