İntihara cəhd etmiş şair Həsən Kürün hazırki vəziyyəti açıqlanıb.
Sabunçu xəstəxanasının mətuat xidmətindən Bizim.Media-ya bildirilib ki, xəstənin vəziyyəti hazırda ağır stabildir.
Qeyd edək ki, ona qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, gənc şair Həsən Kür dünən Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.
İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:24 / 23.02.2025
Həsən Kürün hazırki vəziyyəti açıqlandı
Hazırda oxunan: Həsən Kürün hazırki vəziyyəti açıqlandı
Hazırda oxunan: Həsən Kürün hazırki vəziyyəti açıqlandı
236175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.