"Kiyev Ukrayna Konstitusiyasına zidd gedərək müvəqqəti işğal altında olan torpaqlarını Rusiyanın tərkibinə verə bilməz".
Bizim.Media xəbər verir ki, bunu Prezident Volodimir Zelenski fevralın 18-də Ukraynanın Ankaradakı səfirliyinin yeni binasında jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşü zamanı söyləyib.
“Biz bunu heç vaxt qəbul etməyəcəyik. Bütün bu torpaqlar Ukraynanın bir hissəsidir”, - deyə o qeyd edib və Kiyevin problemin diplomatik yolla həllinə etiraz etmədiyini vurğulayıb.
“Biz daha çox insan tələfatı istəmirik. Ukraynanın əsas sərvəti bizim vətəndaşlardır. Buna görə də diplomatik kanallar açıqdır. Lakin bu o demək deyil ki, Kiyev ərazi güzəştinə getməyə və suverenliyini təhlükə altına atmağa hazırdır”, -deyə Prezident bildirib.
ABŞ ilə Rusiya arasında Ukrayna məsələsi ilə bağlı aparılan dialoqa gəlincə, Zelenski qeyd edib ki, Kiyev danışıqlar prosesində iştirak etmir. “Tarixinin ən ağır dövrlərində belə Ukrayna ultimatumlarla razılaşmayıb”, - deyə dövlət başçısı qeyd edib.
O, bundan əvvəl Türkiyə və Belarusda keçirilmiş danışıqların nəticələrini də xatırladıb.
Daha sonra siyasətçi Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi mövzusuna toxunub. O bildirib ki, prosesə ABŞ və Avropa İttifaqı ölkələri, həmçinin Aİ-yə üzv olmayan ölkələr də qoşula bilər. “Türkiyə mövcud təhlükəsizlik zəmanətini təmin edə bilsə, bu siyahıya Ankaranı da əlavə edə bilərik”, - deyə Zelenski bildirib və Türkiyənin müharibənin bitməsi üçün göstərdiyi səyləri dəyərləndirdiyini vurğulayıb.
Bununla yanaşı, o, Moskvanı müharibəni bitirmək niyyətində olmamaqda ittiham edib. “Atəşkəs rejimini müzakirə edərkən, ilk növbədə, insanların evlərinə qayıtması məsələsini həll etmək lazımdır. Sülh müəyyən təhlükəsizlik zəmanətinə əsaslanmalıdır”, - deyə Ukrayna lideri əlavə edib.
Bizim.Media
![Zelenski: "İşğalda olan torpaqlarımızı Rusiyaya verə bilmərik" Zelenski: "İşğalda olan torpaqlarımızı Rusiyaya verə bilmərik"](https://bizim.media/file/articles/2025/02/18/1739885511_5307791228475140337.jpg)
- A-
- A
- A+
Dünya
17:40 / 18.02.2025
Zelenski: "İşğalda olan torpaqlarımızı Rusiyaya verə bilmərik"
Hazırda oxunan: Zelenski: "İşğalda olan torpaqlarımızı Rusiyaya verə bilmərik"
Hazırda oxunan: Zelenski: "İşğalda olan torpaqlarımızı Rusiyaya verə bilmərik"
235374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.