ABŞ-da ŞOK FIRILDAĞIN üstü açıldı: Yaşı 369 olan "şəxs" sosial müavinət alır?

ABŞ-da ŞOK FIRILDAĞIN üstü açıldı: Yaşı 369 olan "şəxs" sosial müavinət alır?

Hazırda oxunan: ABŞ-da ŞOK FIRILDAĞIN üstü açıldı: Yaşı 369 olan "şəxs" sosial müavinət alır?

235296

X sosial şəbəkə istifadəçisinin "ABŞ-da 394 milyon vətəndaş sosial müavinət alır, əslində isə ölkənin ümumi əhalisi 334 milyondur" paylaşımı ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskı şoka salıb.

Bizim.Media gazeta.ru-ya istinadən xəbər verir ki, sahibkar bu "statistika"ya belə münasibət bildirib:

“Bəli, ABŞ-da vətəndaşların sayından daha çox Sosial Müdafiədən yararlananlar var. Bu, tarixdə ən böyük fırıldaqdır”.

Onun sözlərinə görə, ölkədə faktiki olaraq sosial təminat hüququna malik 310 milyona yaxın insan var.

Maskda müavinət alan bəzi şəxslərin də yaşı maraq doğrurub.

O, Sosial Müdafiə sistemindəki "ən yaşlı" amerikalıların iki nəfər olduğunu bildirib: "Onlardan birinin 240-249, digərinin isə 360-369 arasında yaşı olub. 200-dən 229 yaşa qədər demək olar ki, 3 min insan, eləcə də 120-dən 199 yaşa qədər təxminən 9 milyon insan sosial müavinət alıb".

“Sosial Təhlükəsizlik məlumat bazasına görə, bu, hər yaş qrupunda ölüm sütununda tire (-) olan insanların sayıdır. Ola bilsin ki, Alatoranlıq (vampir dastanı - red.) realdır və sosial təminat alan çoxlu vampirlər var”, - deyə İlon Mask yazıb.

DOGE-nin rəsmi X sosial media hesabı Maskın yazısına cavab verib. İdarədən məsələyə baxılacağına söz verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO