İşçiləri daşıyan mikroavtobus aşdı, 25 yaralı var - VİDEO

İşçiləri daşıyan mikroavtobus aşdı, 25 yaralı var - VİDEO

Hazırda oxunan: İşçiləri daşıyan mikroavtobus aşdı, 25 yaralı var - VİDEO

234931

Türkiyənin Təkirdağ şəhərinin Muradlı rayonunda fabrik işçilərini daşıyan xidməti mikroavtobus aşıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Məlumata görə, qəza yerli vaxtla saat 15:30-da Muradlı – Böyükqarışdıran şosesində kimya zavodu yaxınlığında baş verib. Qəzaya səbəb yağan yağışlar nətcəsində magistral yolun sürüşkənliyi olub.

Belə ki, işçiləri daşıyan mikroavtobus idarəetməni itirib və yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü də daxil olmaqla, 25 nəfər xəsarət alıb.

Hadisə yerinə altı ədəd təcili yardım və iki yanğınsöndürən maşını göndərilib. Yaralılar dərhal yaxın ərazilərdəki xəstəxanalara aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO