“Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş Kiyevin dəqiq təhlükəsizlik zəmanəti və tərəfdaşlarla, ilk növbədə ABŞ və Avropa ilə razılaşdırılmış güclü mövqeyə malik olduqda mümkün olacaq”.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib.
Yermak görüş üçün lazım olan anın hələ yetişmədiyini qeyd edib.
Xatırladaq ki, bir gün əvvəl Münhen Təhlükəsizlik Konfransında çıxış edən Zelenski Putinlə görüşün yalnız Ukraynanın ABŞ prezidenti Donald Tramp və Avropa ölkələri ilə hərbi münaqişəyə son qoymaq üçün birgə plan hazırlamasından sonra baş tutacağını bildirib.
Bizim.Media