Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd Telegram sosial şəbəkəsində yaradılan səhifənin əslində ona məxsus olduğu ilə bağlı video yayımlayıb.
Bizim.Media NEWSru.co.il saytına istinadən xəbər verir ki, Moskvanın küçələrindən birində video çəkən Hafiz Əsəd başqa sosial şəbəkələrdə səhifələrinin olmadığını deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl onun səhifəsində ingilis və ərəb dillərində yazı dərc olunub.
Orada Əsədin oğlu ailəsinin Moskvaya uçmağının detallarını təsvir edib. O, qaçışın planlaşdırılmadığını söyləyib:
"Heç kəs Dəməşqi tərk etmək fikrində deyildi, ancaq gecə saatlarında Rusiyanın yüksək rütbəli nümayəndəsi Bəşər Əsədin yanına gəlib və ondan bir neçə gün Latakiyaya köçməsini xahiş edib. O, paytaxtın təhlükəli olduğunu, hərbi əməliyyatların dənizkənarı şəhərdən idarə oluna biləcəyini bildirib.
Onlar səhər saat 3-də hava limanına gələndə Əsəd klanının digər üzvlərini, o cümlədən prezidentin qardaşı Mahir Əsədi görüblər. Onlar Rusiya təyyarəsi ilə Xmeymim aviabazasına uçublar. Burada onlar hökumət qoşunlarının mövqelərini tərk etmələri barədə məlumat alıblar. Hafiz Əsəd deyib ki, üsyançılar Rusiyanın nəzarətində olan bazanı kamikadze dronlarla atəşə tutmağa başlayıblar. Dekabrın 8-də günortadan sonra Rusiya komandanlığının nümayəndələri bazanın tutulacağı ilə bağlı xəbərdarlıq ediblər. Rusiya tərəfi ilə məsləhətləşdikdən sonra ailənin Moskvaya uçmağına qərar verilib".
Bizim.Media
![Bəşər Əsədin oğlu ailəsinin Suriyadan necə qaçdığını açıqladı - VİDEO Bəşər Əsədin oğlu ailəsinin Suriyadan necə qaçdığını açıqladı - VİDEO](https://bizim.media/file/articles/2025/02/13/1739448809_5291879826342408520.jpg)
- A-
- A
- A+
Dünya
16:30 / 13.02.2025
Bəşər Əsədin oğlu ailəsinin Suriyadan necə qaçdığını açıqladı - VİDEO
Hazırda oxunan: Bəşər Əsədin oğlu ailəsinin Suriyadan necə qaçdığını açıqladı - VİDEO
Hazırda oxunan: Bəşər Əsədin oğlu ailəsinin Suriyadan necə qaçdığını açıqladı - VİDEO
234608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.