Rusiya Prezidenti Vladimir Putin və ABŞ-li həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Putinlə Suriyanın yeni lideri arasında ilk TELEFON DANIŞIĞI
O bildirib ki, liderlər arasında telefon danışığı təxminən bir saat yarım davam edib.
Qeyd edək ki, daha əvvəl Tramp Putinlə uzun müddətli telefon danışığı apardığını açıqlamışdı. O qeyd edib ki, danışıq zamanı Putinlə Ukrayna, Yaxın Şərq, eləcə də enerji və süni intellekt məsələlərini müzakirə ediblər.
Bizim.Media