Vakum qatarı işə düşür

Vakum qatarı işə düşür

Hazırda oxunan: Vakum qatarı işə düşür

2344

“Virgin Hyperloop” şirkəti yeni nəqliyyat növünün - vakuum qatarı kapsulunun prototipinin ilk sərnişin sınaqlarını uğurla başa çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Bəyanatda qeyd olunur ki, kapsulun ilk sərnişinləri şirkətin həmtəsisçisi Coş Gigel və sərnişinlərə xidmət keyfiyyətinin müdiri Sara Luçian olublar. 

Sınaqlar noyabarın 8-də 500 metrlik tunelin inşa edildiyi Nevadadaki “DevLoop” poliqonunda baş tutub. Xüsusi olaraq sınaqlar üçün ikiyerlik kapsul (XP-2) hazırlanıb. Əsas daşıyıcının daha böyük olacağı və 28 nəfərlik tutuma malik olacağı məlumdur. Şirkətdən bildirilib ki, kiçik ölçülü prototip bu növ səyahətin təhlükəsizliyini nümayiş etdirmək məqsədi daşıyıb.

Tuneldən keçərkən kapsul saniyədə 48 metr sürət yığıb.

Qeyd edək ki, “Hyperloop” (“hiperilmə”) ideyası 2012-ci ildə mühəndis, təşəbbüskar və investor İlon Mask tərəfindən təqdim edilib. Yeni nəqliyyat vasitəsinin təyyarədən iki, sürət qatarından üç-dörd dəfə daha sürətli olacağı planlaşdırılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO