Tramp FİKRİNDƏN DAŞINDI: “Qəzzanı almayacağıq, lakin…”

Tramp FİKRİNDƏN DAŞINDI: “Qəzzanı almayacağıq, lakin…”

Hazırda oxunan: Tramp FİKRİNDƏN DAŞINDI: “Qəzzanı almayacağıq, lakin…”

234310

Amerika prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağını almayacaq və vergi ödəyicilərinin pullarını ona xərcləməyəcək, lakin o, ABŞ-ın ixtiyarında olacaq.

Bizim.Media xəbər verir ki, Donald Tramp bu barədə İordaniya kralı II Abdulla ilə görüş sonrası keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ Qəzza zolağının vergi ödəyiciləri hesabına əldə edilməsini planlaşdırmır, lakin maliyyə xərcləri olmadan ərazi üzərində nəzarəti bərqərar etmək niyyətindədir.
 

Eyni zamanda, Amerika lideri bu ideyanın həyata keçirilməsi üçün konkret mexanizmləri açıqlamayıb. O, anklavı tərk edən fələstinlilərin başqa bölgələrdə də həyat qura biləcəklərini qeyd edib, lakin bunun təfərrüatlarını açıqlamayıb.


Xatırladaq ki, Ağ Ev rəhbəri daha əvvəl bildirmişdi ki, İsraillə münaqişənin həlli və ABŞ-ın planına uyğun olaraq anklavın bərpası çərçivəsində fələstinlilər Qəzza zolağına qayıda bilməyəcəklər, çünki ABŞ Qəzzanı almağı planlayır. Amerikalı siyasətçi bu barədə Fox-da Bret Baier-ə müsahibəsində danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO