Eritreyada saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı SON MƏLUMAT

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı SON MƏLUMAT

Hazırda oxunan: Eritreyada saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı SON MƏLUMAT

234242

Azərbaycanın Eritreyada saxlanılan üç gəmisinin heyət üzvləri ilə vaxtaşırı əlaqə saxlanılır.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə informasiya “Caspian Marine Services B.V.” şirkətindən verilib.

Bildirilib ki, heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləri ilə əlaqə saxlayırlar.

"Onların sağlamlıqları qaydasındadır", - deyə şirkətdən bildirilib.

Eyni zamanda, Xarici İşlər Nazirliyindən bildirilib ki, sözügedən məsələ ilə bağlı bir yenilik yoxdur: "Danışıqlar hələ davam edir".

Xatırladaq ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO