Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov bu ölkədən son məlumatları çatdırıb.
Bizim.Media xəbər verir ki, o bildirib ki, paytaxt Kiyev də daxil olmaqla, demək olar ki, bütün şəhərlərdə saatbaşı hava həyəcanı siqnalı verilir:
"Son üç gündə Ukraynanın İvano-Frankovsk, Xmelnitski, Lvov vilayətləri, həmçinin Kiyev, Sumı, Çerniqov fasiləsiz olaraq dron hücumlarına məruz qalır. Ötən gün Kiyevə dron hücumu nəticəsində böyük partlayışlar oldu, yanğınlar baş verdi".
Jurnalist onu da vurğulayıb ki, cəbhə bölgələrində – əsasən Donetsk və Zaporojye vilayətlərində vəziyyət daha da gərginləşir.
Donetsk vilayəti uğrunda ölüm-dirim mübarizəsi gedir. Bu həftə müharibədə həlledici həftə hesab olunur. Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin yekunlaşması ilə bağlı öz planını açıqlayacaq. Belə bir fikir də var ki, Donald Trampın sülhlə bağlı planları baş tutmasa, müharibə daha da şiddətlənə bilər".
Daha ətraflı videomaterialda:
Bizim.Media
![Ukraynanın bütün şəhərlərində hava həyəcanı verildi - VİDEO Ukraynanın bütün şəhərlərində hava həyəcanı verildi - VİDEO](https://bizim.media/file/articles/2025/02/11/1739269354_5285399360642869696.jpg)
- A-
- A
- A+
Dünya
14:20 / 11.02.2025
Ukraynanın bütün şəhərlərində hava həyəcanı verildi - VİDEO
Hazırda oxunan: Ukraynanın bütün şəhərlərində hava həyəcanı verildi - VİDEO
Hazırda oxunan: Ukraynanın bütün şəhərlərində hava həyəcanı verildi - VİDEO
234228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.