Müharibə nə vaxt başa çatacaq? - Zelenskidən AÇIQLAMA

Müharibə nə vaxt başa çatacaq? - Zelenskidən AÇIQLAMA

Hazırda oxunan: Müharibə nə vaxt başa çatacaq? - Zelenskidən AÇIQLAMA

233990

Rusiyanın Ukraynaya qarşı müharibəsinin bu il başa çatması mümkündür. Bunun üçün sanksiyalar gücləndirilməli və Ukraynaya təhlükəsizlik təminatı verilməlidir.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın “ITV News” telekanalına müsahibəsində söyləyib.

Zelenski hesab edir ki, indi bunun üçün bütün imkanlar var. Üstəlik, Ukrayna dövləti başçısının fikrincə, ABŞ Prezidenti Donald Tramp da müharibənin tez bitməsini istəyir.

“İnanıram ki, bu gün bunun üçün bütün imkanlar var. Məncə, Tramp müharibənin tez bitməsini istəyir. Tez olub-olmamasından asılı olmayaraq, bunun necə nəticələnəcəyini bilmirik, amma bilirik ki, güclü olmalıyıq. O, güclüdür, lakin avropalılarla ittifaqda da qətiyyətlə hərəkət etməliyik”, - deyə Zelenski vurğulayıb.
 

Ukrayna Prezidenti deyib ki, Rusiyaya təzyiqi artırmaq üçün sanksiyalar total olmalıdır. Zelenski, həmçinin xalqı arxayın etmək üçün Ukraynanın təhlükəsizlik təminatının vacibliyini qeyd edib və tərəfdaş ölkələri Ukrayna iqtisadiyyatının bərpasına, insanların geri qayıtmasına kömək etməyə çağırıb.


“Bizə ölkəni tərk edən 8 milyon insanımız lazımdır”, - deyə Ukrayna Prezidenti bildirib. O, eyni zamanda vurğulayıb ki, bu gün artıq Ukrayna üçün ədalətdən söhbət getmir, söhbət müharibənin qaynar mərhələsinin başa çatmasından gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO