Türkiyədə xarici tələbələrin sayı 500 minə çatdıracaq

Türkiyədə xarici tələbələrin sayı 500 minə çatdıracaq

Hazırda oxunan: Türkiyədə xarici tələbələrin sayı 500 minə çatdıracaq

233960

Türkiyə hakimiyyəti bundan sonra da yerli universitetlərin xaricdə filiallarını, fakultələrini və ayrıca akademik proqramlarını açmağı planlaşdırır. Azərbaycan və Özbəkistandan sonra bu cür təşəbbüslər Yaxın Şərq, Afrika və bir sıra Mərkəzi Asiya ölkələrində həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın şuranın saytında dərc olunan bəyanatında deyilir.

Onun sözlərinə görə, xarici proqramlar çərçivəsində əsas üstünlük texnologiya sahəsinə, mühəndisliyə, tibb və dəqiq elmlərə veriləcək: “Bu ali təhsil ocaqlarının məzunları gələcəkdə Türkiyənin özünün ali təhsilinin və sənayesinin inkişafına da töhfə verəcəklər”.

YÖK rəhbəri həmçinin, Türkiyə universitetlərinə xarici tələbələrin cəlb edilməsi istiqamətində qarşıda dayanan hədəflərdən də danışıb. Bildirib ki, bu gün Türkiyə xarici tələbələrin sayına görə dünyada 8-ci yerdədir: “Xarici tələbələrin Türkiyə ali təhsil ocaqlarındakı sayı hazırda 350 min nəfərə yaxındır. Hədəfimiz xarici tələbə sayısının 500 minə qədər çıxarmaqdır. Bu, ölkəmizin payına düşən qlobal tələbə sayının həcmini 6,25 faizə çatdırmağa imkan verəcək”.

Erol Özvar Türkiyənin 2024-2028-ci illəri əhatə edən Beynəlxalq Ali Təhsil Strategiyasının hədəflərinə diqqət çəkib. Qeyd edib ki, bu hədəflər çərçivəsində dünyada bütün Türkiyə alim və ali təhsil müəllimlərinin siyahısının hazırlanması nəzərdə tutulub.

“Etnik türklərin akademik mühitində əlaqələrin gücləndirilməsi “Elmi vətən” anlayışının formalaşdırılmasına şərait yaradacaq və yerli elmi düşüncə üçün yeni təkan olacaq”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO