Türkiyə Aya iki kosmik gəmi göndərəcək

Türkiyə Aya iki kosmik gəmi göndərəcək

Hazırda oxunan: Türkiyə Aya iki kosmik gəmi göndərəcək

233925

Prezident Rəcəb Tayyib Ərdoğanın daha əvvəl açıqladığı Milli Kosmos Proqramı çərçivəsində həlledici mərhələ başlayıb. Söhbət Türkiyə Kosmik Agentliyinin (TKA) Aya gəmi göndərməsindən gedir. “AYAP-1” adlı kosmik gəmi gələn il Aya göndəriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

Bu gündən etibarən “AYAP-1” çərçivəsində Aya çatması planlaşdırılan kosmik gəminin riskləri müəyyən edilib, ilkin dizayn işləri aparılır.

Aya sərt enişin 2026-cı ildə baş verməsi planlaşdırılır. Digər tərəfdən, yer stansiyalarının icarəsi üçün danışıqlar davam edir.

“AYAP”ın ikinci mərhələsində aparatın milli daşıyıcı ilə kosmosa çıxması, yerli mühərriklərdən istifadə etməklə “AYAP-2” kosmik gəmisi ilə Ay səthinə yumşaq enişin həyata keçirilməsi və orada elmi tədqiqatların aparılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO